Valideynin məktəbdə bir günü

   13 dekabr tarixində "Valideynin məktəbdə bir günü" layihəsi çərçivəsində görüş keçirilmişdir. Görüş zamanı valideynlər məktəb mühiti ilə tanış olmuş, onlara məktəbin fəaliyyəti, tədris prosesi barəsində ətraflı məlumat verilmişdir. Valideynlərin  rəyləri, təklifləri dinlənilmiş və tədris prosesinin daha da təkminləşdirilməsi ətrafında səmərəli fikir mübadiləsi aparılmışdır. Valideynlər sinif otaqlarında şagirdlərin dərs prosesini izlədikdən sonra məktəbin muzeyinə toplaşmışlar. Onlar fizika dərsini tədris edən Xanım müəllimin təqdimatında hazırlanan fizikaya həsr olunmuş möhtəşəm tədbiri izləmişlər. Tədbirin sonunda direktor Südabə Abdullayeva valideynlərə dəvəti qəbul edib gəldikləri üçün öz təşəkkürünü bildirmiş və şagirdlərimizin düzgün tərbiyə alması, bilik və bacarıqlarının, dünya görüşlərinin genişlənməsi istiqamətində pedaqoji kollektivimizin səylə çalişdığını söyləmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi