İsmayıl Şıxlının 100 illik yubileyi mövzusunda "Dəyirmi masa"

   Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-200 nömrəli əmrinin 15.6-cı bəndini rəhbər tutaraq tədbirlər planı çərçivəsində Azərbaycanın xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinə həsr olunan "Dəyirmi masa" keçirilib. Azərbaycan dili və ədəbiyyatdərsini tədris edən Tehran Yusifovanın təşəbbüsü ilə baş tutan "Dəyirmi masa"da 11 "A" sinif şagirdləri iştirak ediblər. Şagirdlər yazıçının həyat və yaradıcılığı haqqında ilkin məlumatı verdikdən sonra onun müxtəlif əsərləri haqqında fikir mübadiləsi aparılıblar. "Dəli Kür" romanı əsasında çəkilən filmdən fraqmentlər isə müzakirə üçün şagirdlərin ixtiyarına verilib. 

   "Dəyirmi masa" direktor müavini Rəna Əbilova tərəfindən izlənilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi