Kiçik Akademiya
02.05.2025 tarixində Kiçik Akademiyanın üzvləri öz araşdırmalarını komissiya üzvlərinə təqdim etdilər. Komissiyanın üzvləri- məktəbin direktoru Südabə Abdullayeva, direktor müavini Hadıyeva Təranə, Kiçik Akademiyanın prezidenti Roza Abbaslı, vitse-prezidenti Nəcəfova Günay, Kafedra müəllimləri Əfəndiyeva Gülnar, Səfərli Nərmin, İmanova Vəsilə, Abbasova Aygün və dərsdənkənar-tərbiyə işləri üzrə direktor müavini Aygün Fərzəliyeva Kiçik Akademiyaçıları dinlədilər və gələcək araşdırmalarda onlara öz tövsiyyələrini verdilər.
Kiçik Akademiyanın üzvləri və araşdırdığı mövzular aşağıdakılardır:
1. İbrahimli Arzum - 7a - riyaziyyat (azərb.b) - “Riyaziyyatın yaranma tarixi”
2. Hacıyeva Aysu, Rəhmanlı Günel - 7a - coğrafiya (azərb.b) – “Alternativ enerji mənbələri”
3. Abdullayeva Nərgiz - 7a- coğrafiya (azərb.b) - “Səhralaşma”
4. Xosurova Firuzə - 7b - coğrafiya (azərb.b) - “Təbiətimizin zənginlikləri”
5. İsmayılova Mələk - 7b – coğrafiya (azərb.b.) - “İsğaldan azad olunmuş rayonların ekoloji vəziyyəti”
6. Rza Səid - 7c - biologiya (azərb.b) - “Toxumların cücərdilməsi”
7. Велиева Айсель – 7d - tarix (rus.b) - “Пизанская башня”
8. Мухтарлы Нармин – 7d - tarix (rus.b) - “Ковроткачество и ремесло в Гарабаге”
9. Саламова Лейла – 7d - tarix (rus.b) - “Архитектура Шуши”
10. Quliyeva Şəfiqə – 9b - tarix (azərb.b) -
11. Əliyeva Duyğu 7a riyaziyyat Üçbucaqlar
“Prezident İlham Əliyevin Azərbaycanın suverenliyinin möhkəmləndirilməsi istiqamətində gördüyü daxili və xarici fəaliyyətlər”
Kiçik Akademiya”ların təşkil olunmasında əsas məqsəd yuxarı sinif şagirdlərinin elmi axtarışlara sövq edilməsi, onların müasir tədqiqat metodlarına yiyələnməsi, ali təhsil müəssisələri ilə ümumi təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsindən ibarətdir.
"Kiçik Akademiya” yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin üzvlüyü əsasında təhsil müəssisələrində yaradılan ictimai birlikdir. "Kiçik Akademiya”lar istedadlı şagirdlərin aşkarlanaraq üzə çıxarılmasında önəmli rol oynayır.