“Kiçik Akademiya”nın hesabatı keçirildi.
Məktəbimizdə “Kiçik Akademiya”nın prezidenti fizika müəllimi Roza Abbaslı hesabat verdi. Şagirdlərimiz “Kiçik Akademiya”nın məsləhətçi müəllimlərinin rəhbərliyi ilə hazırladıqları kiçik elmi işlərini təqdim etdilər. Sonda məktəbin direktoru Südabə Abdullayeva çıxış edərək şagirdlərin hazırladıqları elmi məqalələri qiymətləndirdi və uğurlar arzuladı. Kiçik akademiyanın üzvlərinə il ərzində fəal fəaliyyətlərinə görə məktəb rəhbərliyi tərəfindən hədiyyələr təqdim olundu