Nailiyyətlərimiz

GİMNASTİKA SAHƏSİNDƏ ŞAGİRDİN UĞURUMəktəbin 3 "Ə" sinif şagirdi Qəhrəmanlı Aylin gimnastika idman növü üzrə qatıldığı beynəlxalq yarışda I yerin qalibi olmuşdur. Aylini bu uğuruna görə məktəb rəhbərliyi və pedaqoji kollektivi ürəkdən təbrik edir,ona can sağlığı və yeni nailiyyətlər arzulayır.

ŞAGİRDLƏRİMİZ İDMAN SAHƏSİNDƏ NÖVBƏTİ UĞURA İMZA ATDILARMəktəbin 7 "B" sinif şagirdi Aqşin Abbasov və 5"B" sinif şagirdi Nuray Abbasova "Aprel şəhidləri"nin xatirəsinə həsr olunmuş "Vətən kikboksinq"açıq birinciliyində I yer tutaraq Diplomla təltif olunmuşdur. Şagirdlərimizi ürəkdən təbrik edirik və yeni uğurlar arzulayırıq.

"BAHAR NƏFƏSİ" ADLI RƏSM VƏ ƏL İŞİ MÜSABİQƏSİNİN QALİBLƏRİSuraxanı Gənclər Evi və Suraxanı Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Suraxanı rayon tam orta məktəb şagirdlərinin iştirakı ilə "Novruz bayramı"na həsr olunmuş "Bahar nəfəsi" adlı rəsm, ən gözəl əl işi müsabiqə qaliblərinin mükafatlandırılma mərasimi keçirilmişdir. Mükafatlanndırma mərasimində məktəbimizdən 18 nəfər şagirdimizin bir qrupu 1, 2-ci yer tutduğuna görə Diplomla, digərləri isə fərqləndiyinə görə isə Fəxri Fərmanla təltif olunmuşlar. Həmin istedadlı şagirdlərimiz-rəsm üzrə Nəbiyeva Aytac I yer, Əkbərli Alidə II yer, Yaqubova Aminə,Məmmədova Aydan,Duraxanova Cəmilə,Bayramova Fidan,Əhmədova Zəhra, Nəbizadə Tərifə, Abbasova Fatimə fərqlənmə ilə, əl işləri üzrə Məmmədov Cavanşir I yer,Rəhimova Zəhra II yer, Abdullayeva Mənsurə, Atamaliyeva Mələk, Hüseynova Arzubəyim, Məmmədli Aydan, Məhərrəmli Emil, Məhərrəmli Ramilə, Nəbiyeva Aytac fərqlənməyə layiq görülərək Diplom və Fəxri Fərmanlarla təltif olunmuşdurlar.

HAQQIMIZDA

Bakı şəhəri Suraxanı rayonu Pərviz İsmayılov adına 278 nömrəli tam orta məktəb 1987 - ci ildən fəaliyyətə başlayıb. Məktəb 2008-ci ...

BİZİM FƏXRLƏRİMİZ

Səbinə Nəsrullayeva Pərvin

Səbinə Məmmədova Rafiq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi