“Təhsili dəyərə çevirək” devizi ilə “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusunda “Dəyirmi masa”
Məktəbimizdə 27 aprel 2017-ci il tarixində “Təhsili dəyərə çevirək” devizi ilə “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusunda “Dəyirmi masa” keçirildi. Tədbirdə şagirdlər apardıqları araşdırmaları təqdim etdilər. Onlar yaşamaq üçün canlılara təbii sərvətlərin lazım olduğunu vurğuladılar. Qeyd olundu ki, təbii sərvətlər insanın iştirakı olmadan təbiətdə əmələ gəlir. Təbii sərvətlərin təsnifatı haqda məlumat verildi. Suyun əhəmiyyəti haqqda araşdırmalar aparıldı. Meşələrin azalma səbəbləri haqda şagirdlər tərəfindən ətraflı məlumat verildi.Dəyirmi masa iştirakçıları ekologiyadan və biomüxtəliflikdən söhbət açdılar. Bəs dövlətimizin bu məsələlərə qayğısı necədir? Azərbaycan Respublika Konstitusiyasının 78 –ci maddəsində deyilir, ətraf mühitin qorunması və hər bir şəxsin borcudur. Möhtərəm prezidentimizin təşəbbüsü ilə Ekologiya və Təbii sərvətlər Nazirliyinin yaradılması təbiətə, biomüxtəlifliyə, ekologiyaya, dövlətin münasibətinin nümunələrindədir. Təbii biomüxtəliyi qorumaq üçün respublikamızda çoxlu qoruqlar, yaşılıqlar və Milli parklar yaradılıb. Müasir dövrdə Milli Parkların çoxalması insanlarda ekoloji mədəniyyətin, inkişafına səbəb olur. Bu parklara səyahət edən, orada istirahət edən uşaqlarda ətraf mühitə, təbiətə, bitkilər və heyvanlar aləminə sevgi hissi yaranır. Bu özümüzü təbiətin bir parçası hiss etdirir. Tədbirin sonunda məktəbimizin direktoru Məlahət xanım Əliyeva çıxış etdi.