“İlin ən yaxşı məktəbi”
Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının yeni buraxılışında 2016–cı ildə Azərbaycanda Ən yaxşı məktəblərin adı açıqlandı. Həmin 45 məktəbin sırasında məzunlarının yüksək ballarla Respublikanın müxtəlif ali təhsil müəssisələrinə qəbul olduqlarına görə məktəbimiz də yer tutub. Məktəbimizin direktoru Məlahət Əliyeva bu münasibətlə müəllimləri təbrik etdərək uğurlar arzuladı. Məktəbimizin “İlin ən yaxşı məktəbi” sırasında olması bizim üzərimizə daha çox məsuliyyət düşdüyünü və bu məsuliyyəti dərk edib daha da ciddi işləməyi tələb edir.