“Ümumdünya kitab və müəllif günü”nə həsr olunmuş oxucu diskusuyası

23 aprel - “Ümumdünya kitab və müəllif günü”dür. Hər il olduğu kimi bu gün də məktəbimizin kitabxanasında canlanma var idi. Kitabxananın keçirdiyi oxucu diskusiyasının mövzusu – “Ədəbiyyatımızda milli – mənəvi dəyərlərimizi əks etdirən əsərlər” idi. Tədbirdə mövzuya aid əsərlərdən danışıldı, şeirlər söyləndi. Məktəbin dram dərnəyinin üzvlərinin iştirakı ilə S.Vurğunun “Vaqif” dramından, R.Əfəndiyevin “Bir saç telinin qiyməti” əsərindən tamaşalar göstərildi.Tədbirin sonunda məktəbin dil - ədəbiyyat müəllimi oxuculara Ş.Mikayılovun yeni çapdan çıxmış “Azərbaycan ədəbiyyatı mənəvi dəyər xəzinəsi” əsərini təqdim etdi və kitabı məktəbin kitabxanasına bağışladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi