“Su həyatın özüdür”, “Təmiz əllər sağlamlığın rəhmidir” mövzusunda informasiya – maarifləndirmə kompaniyası

Məktəbimizdə 1624 nəfər şagird təhsil alır. Məktəb rəhbərliyi, həkim və tibb bacıları məktəblilərin gigiyenik qaydalara əməl etməsinə ciddi nəzarət edirlər. Suraxanı rayon Gigiyena və Epidemologiya Mərkəzinin şagirdlər arasında “Su həyatın özüdür”, “Təmiz əllər sağlamlığın rəhmidir” mövzusunda informasiya – maarifləndirmə kompaniyası bizim məktəbdə də həyata keçirildi. Şagirdlərə izah olundu ki, sanitar – gigiyenik qaydalara əməl etmək sağlamlıq üçün vacib şərtlərdən biridir. Ekoloji tarazlığın pozulduğu bir zamanda yaşadıqları üçün sağlamlığa zərər vuran hər bir vasitədən qorunmaları tövsiyə olundu. Tibb bacıları “Təmiz əllər sağlamlığın rəhnidir” devizi lə məktəbimizin bütün siniflərində şagirdləri maarifləndirmək məqsədi ilə söhbət apardılar. Şagirdlərin diqqətini bu məsələyə cəlb etdilər.Onlara izah olundu ki, ətrafdakı mikroblar və bakteriyalar daha çox əllər və yaxşı yuyulmamış ərzaqlar vasitəsi ilə orqanizmə daxil olur, bu da müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Buna görə də hər bir kəs şəxsi gigiyena qaydalarına əməl etməklə öz sağlamlığını qorumalıdır. Əllərin , dırnaqların, ağız boşluğunun , geyim və əşyaların təmiz saxlanılması şəxsi gigiyenanın əsas şərtlərindəndir. Şagirdlərə təkcə yoluxma yolları deyil, mikroblardan qorunma üsulları da izah olundu. Bu zaman müxtəlif vasitələrdən istifadə etmələri tövsiyə olundu. Belə vacib vasitələrdən biri də ekoloji tələblərə cavab verən işməli sudur.Su ilə maksimum dərəcədə yoluxmadan qorunmaq mümkün olduğu diqqətə çatdırıldı. “Su – həyatın özüdür”, “Su həyat mənbəyidir” mövzusunda məktəblilər mühazirə oxundu.Canlı orqanizmin yaranması və yaşamasında suyun başlıca şərt olduğu bildirildi.Təsadüfi deyil ki, həyatın varlığını, təbiətin canlanmasını bildirən dörd ünsürdən biri də sudur. Şifahi və yazılı ədəbiyyatımızda suyun əhəmiyyətinə aid çoxlu nümunələrə rast gəlirik ki bu da suyun insan həyatı üçün nə qədər əhəmiyyətli olduğunu bildirir.Demək, hər bir şəxs su vasitəsi ilə öz şəxsi gigiyenasına əməl etməklə öz sağlamlığını qorumağı bacarmalıdır. Sağlam bədəndə də sağlam ruh olar. Bu ruhda böyuyub tərbiyə olan məktəblilərimiz vətənimiz, xalqımız üçün layiqli vətəndaş olacaqlarına inamımızı daha da artırır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi