"Bilik günü" qeyd edildi

        15 sentyabr 2025-ci il tarixində məktəbimizdə ənənəvi olaraq "Bilik Günü" qeyd olundu. Tədbirdə Suraxanı rayonu icra hakimiyyətinin əməkdaşı İxtiyar müəllim, şəhid Elçin İsmayılovun anası Dilşad xanım, məktəbin müəllim-şagird kollektivi və valideynlər iştirak edirdi. Tədbir şəhidlərin, Ulu öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə başladı. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Sevinc Hüseynova rəhbərlik etdiyi təhsil müəssisəsinin qazandığı uğurlarından söz açdı, şagirdləri təbrik etdi, onlara uğurlar arzuladı.

        Tədbirdə birinci sinfə qədəm qoyan balacalar öz şeirləri və çıxışları ilə tədbirə rəng qatdılar. Şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər, mahnılar səsləndi. Daha sonra simvolik olaraq “Bilik zəngi” çalındı və 1-ci sinif şagirdləri sinif otaqlarına dəvət olundu. Tədbir məktəbin həyətində şagird və müəllimlərin xatirə şəkli ilə yekunlaşdı.  

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi