“Ekoloji aylıqlar” layihəsi çərçivəsində “Alternativ enerji mənbələri” mövzusunda dəyirmi masa

“Ekoloji aylıqlar” layihəsi çərçivəsində mart ayının sonlarında “Alternativ enerji mənbələri” mövzusunda araşdırılma fəaliyyəti planlaşdırılmışdır. Bu məqsədlə 29.03.2017-ci il tarixində fizika müəllimləri və məktəbin şagirdləri “Alternativ enerji və onun növləri” mövzusunda dəyirmi masa təşkil etmişdilər.Tədbiri fizika müəllimi Bəxtiyarova Nərminə açıq elan etdi. Himn səsləndi. Sonra Nərminə müəllimə “Alternativ enerji” haqqında geniş məlumat verdi. Bildirildi ki, alternativ enerji mühit üçün heç bir zərəri olmayan enerjidir. Ekoloji baxımdan çox təmiz enerjidir. Eyni zamanda əlavə mənfəətə ehtiyacı olmayan, qənaətli enerjidir. Cənab prezidentimiz İlham Əliyevin “Alternativ enerji” haqqında söylədiyi fikirlər səsləndirildi və 2012 –ci ilin iyunun 1-də günəş panelləri istehsal edən “AZGUNTEX” şirkəti barədə danışıldı və video izlənildi. Alternativ enerjinin bir sıra növləri haqqında fizika müəllimləri və şagirdləri məlumat verdilər. Bəşirova Tamella və onun şagirdləri günəşdən alınan alternativ enerji, günəş panelləri və Suraxanı rayonunda açılmış stansiya barəsində məlumat verdilər.Hüseynova İlhamə şagirdləri ilə alternativ enerjinin növü olan külək enerjisi və külək qurğuları, pərləri haqqında geniş məlumat verdilər. Əliyeva Gülnarə və şagirdləri alternativ enerjinin digər növü olan “Hidroelektrik” enerji haqqında və ordan alınan enerji haqqında məlumat verdi. Alernativ enerjinin digər növü olan “Geotermal enerji”, yeraltı isti sulardan alınan enerji barəsində məlumatı Əliyeva Gülnar və onun şagirdləri verdi. Muradova Nadejda şagirdləri ilə birgə “Энергия магнитного поля Земли” və “Поезд на магнитной подушке” başlığı altında alternativ enerjinin növü olan “Maqnit enerjisi” haqqında ətraflı təqdim etdi. Sonra söz Vəliyeva Sofya və onun şagirdlərinə verildi. Onlar alternativ enerjinin növü olan “Dalğa enerjisi”, dəniz dalğalarından alınan enerji haqqında məlumat verdilər. Tədbirdə Alternativ enerjinin əhəmiyyəti barədə ətraflı məlumatlar verildi, və tədbir hamı tərəfindən alqışlandı. Tədbir məktəbin direktoru Məlahət xanım Əliyevanın çıxışı ilə yekunlaşdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi