“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində 23 mart 2017-ci il tarixində Suraxanı rayonunun ümumtəhsil məktəblərinin şagirdləri Naxçıvan Muxtar Respublikasına 3 günlük ekskursiyaya yola düşüblər. Məktəbimizin 11b sinif şagirdləri Hacıyev Xəyal və Məmmədov Şahin tur-aksiyada iştirak edirlər. Məktəbin müəllim və şagirdləri onlara dəstək olmaq üçün Suraxanı rayonu İcra Hakimiyyətinin qabağında toplaşıb onlara həmrəy olduqlarını nümayiş etdirdilər və xoş arzularla yola saldılar.