"Yaşıl dünya naminə həmrəy olaq!"
7.11.2024-cü il tarixində məktəbdə “Yaşıl dünya naminə həmrəy olaq” adlı tədbir keçirildi. Şagirdlər ətraf mühitin qorunması, yer kürəsinin mühafizəsi barəsində maraqlı fikirlər səsləndirdilər. Azərbaycan təbiətini tərənnüm edən şeirlər, mahnılar ifa etdilər. Laminə Əmirzadənin rəhbərliyi ilə 4_C sinif şagirdlərinin təşkil etdikləri tədbir maraqlı kompozisiyalarla yadda qaldı. Tədbirlər Planına uyğun olaraq keçirilən ədəbi-bədii kompozisiyada çıxış edən məktəbin direktoru Sevinc Hüseynova "Prezident İlham Əliyevin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” olmağı milli prioritet kimi müəyyən etməsi əslində həm də Azərbaycanın növbəti dəfə beynəlxalq hüquqa sədaqəti, o cümlədən beynəlxalq müqavilələrlə üzərinə götürdüyü öhdəliklərə vicdanlı yanaşmasının ideal ifadəsi idi. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir" söylədi. Qeyd edək ki, bu kimi tədbirlər, ekoloji maarifləndirmənin artırılması, ekoloji şüurun formalaşdırılması və cəmiyyətin üzvləri olan şagirdlərin bu məsələlərə daha həssas yanaşmasına mühüm töhfə verdi.