XI sinif şagirdlərinin “Son zəng” tədbiri keçirildi

       2023-2024-cü tədris ilinin yekununa uyğun olaraq məktəbdə “Son zəng” tədbiri keçirildi. Tədbirdə Suraxanı rayonu icra hakimiyyətinin əməkdaşı Novruz müəllim, məktəbin müəllim-şagird kollektivi və valideynlər iştirak edirdi. “Son zəng” tədbiri şəhidlərin, Ulu öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə başladı. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Sevinc Hüseynova rəhbərlik etdiyi təhsil müəssisəsinin qazandığı uğurlarından söz açdı və Bütöv Azərbaycanın ilk məzunlarına uğurlar arzuladı. Tədbirdə iştirak edən qonaqlar məzunları təbrik edərək, onlara yeni həyat yollarında uğurlar arzuladılar. Tədris ili ərzində təlim-tərbiyəsi ilə seçilən və buraxılış imtahanlarında yüksək nəticə edilən şagirdlər,o cümlədən səmərəli fəaliyyətləri ilə seçilən müəllimlər fəxri fərmanlarla təltif olundular. Tədbir şagirdlərin hazırladıqları “Son zəng” ədəbi-bədii kompozisiya ilə davam etdirildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi