"Gələcəyini qur" layihəsi çərçivəsində görüş
Bakı şəhəri ümumi təhsil müəssisələrində "Gələcəyini qur" layihəsi çərçivəsində sosial vəziyyəti ilə əlaqədar ali təhsil almaqda çətinlik yaşaya biləcək şagirdlərin müəyyən edilməsi üçün Turan Cəfərova 10- cu sinif şagirdləri ilə görüş keçirərək, onlara layihə haqqında məlumat verdi.
Qeyd edək ki, layihə korporativ sosial məsuliyyət siyasəti çərçivəsində 2015-2016-cı tədris ilində İTECA Caspian, EY, Kainat TM, Caspian Event Organisers şirkətlərinin sponsorluğu və Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin dəstəyi ilə həyata keçirilmişdir. Layihənin tərəfdaşları ADA Universiteti, Azərbaycan Universiteti və Yüksək Texnologiyalar Parkı, icraçısı “Legacy CSR Consulting and Management” şirkətidir.