Hər zaman qəlbimizdəsiniz!

        Məktəbin 2_c sinfinə anti-terror əməliyyatlarında şəhid olmuş məzun Elxan Məmmədlinin adı verildi. Bu münasibətlə keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.  Daha sonra torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə məktəb rəhbərliyi,şəhidin ailə üzvləri,müəllimləri,sinif yoldaşları iştirak edirdi. Məktəbin direktoru Sevinc Hüseynova Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və yenilməz Azərbaycan Silahlı Qüvvələrinin rəşadəti sayəsində tarixi torpaqlarımız geri qaytarıldı deyə qeyd etdi. Direktor milli tariximizə qızıl hərflərlə əbədi həkk olunan möhtəşəm qalibiyyəti xalqımıza yaşadan bütün igid əsgər və zabitlərimizlə qürur duyduğunu bildirdi. O,Azərbaycanın suverenliyi və xoşbəxt gələcəyi yolunda yüksək fədakarlıq və şücaət göstərən Elxan kimi qəhrəman oğulların əziz xatirəsinin qəlbimizdə daim yaşayacağını vurğuladı. Vətənə, xalqa və dövlətə layiqli övlad yetişdirən Elxan Məmmədlinin atasına  dərin ehtiramını bildirən Sevinc xanım tədbirdə iştirak etdiklərinə görə şəhidin ailə üzvlərinə və sinif yoldaşlarına təşəkkürünü bildirdi.
    Şəhid Elxan Məmmədlinin əziz xatirəsinə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdirildi. Şəhidin sinif yoldaşları Elxan ilə bağlı xatirələrini bölüşərək, onun uşaqlıqdan Vətənə olan sonsuz sevgisindən və ən böyük arzularından birinin torpaqlarımızın azadlığını görmək olduğundan danışdılar. Elxan Məmmədlinin müəllimləri onun nizam-intizamlı, vətənpərvər, mərhəmətli və ağıllı şagird  olduğunu, onlara dərin hörmət və ehtiramla yanaşdığını, bildirdi və məktəbin  ən dəyərli məzunlarından biri kimi Elxan ilə hər zaman qürur duyduğunu  bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi