Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş intellektual müsabiqə

    "Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar cari ilin aprel ayı ərzində “Məktəblərdə Məhəmməd Füzuli ayı” layihəsi çərçivəsində silsilə tədbirlərdavam edir. Məqsədi şagirdlər arasında milli-mənəvi dəyərləri təbliğ etmək, dahi şairin zəngin ədəbi-bədii irsi ilə bağlı gənc nəsli maarifləndirmək, onların yaradıcılıq, intellektual qabiliyyətlərinin inkişafı üçün şərait yaratmaq, eləcə də gənc istedadları üzə çıxarmaqdır. Bu məqsədlə rus bölməsində təhsil alan 8 və 9-cu sinif şagirdləri arasında“Füzuli dünyası” adlı intellektual müsabiqə keçirildi. Tədbiri gözəl və maraqlı ərsəyə gətirdikləri üçün məktəbin rus dili və ədəbiyyat müəllimləri Elita Bayramovaya və Aytən Mahmudovaya təşəkkür edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi