Şəhid,pilot Murad Məmmədovun anım günü

        Məktəbdə 29 noyabr 2023-cü il tarixində məktəbin məzun şəhidi pilot,mayor Murad Məmmədovun anım günü keçirildi. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Tədbirdə şəhidin ailə üzvləri, döyüş yoldaşları, Suraxanı rayon İcra hakimiyyətinin nümayəndəsi Anar Əsədullayev,Suraxanı rayonu Yeni Azərbaycan Partiyasının nümayəndəsi Salman Əbdülov, məktəbin direktoru Sevinc Hüseynova,məktəb kollektivi,valideynlər iştirak edirdilər. Anım mərasimində çıxış edənlər şəhidin keçdiyi döyüş yolunun gələcək nəsillər üçün nümunə olacağını, Vətən uğrunda canını fəda edən qəhrəmanların əbədiyyətədək xalqımızın yaddaşında yaşayacağını, onların xatirəsinin dövlətimiz tərəfindən daim uca tutulacağını bildirdilər. Tədbirin iştirakçıları şəhidlərimizə, qələbəyə, vətənə  həsr olunmuş şeirlər səsləndirdilər,musiqilər ifa etdilər. Həmçinin şəhid Murad Məmmədovun həyatından bəhs edən video-çarx nümayiş olundu.  Sonda xatirə şəkli çəkildi. Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi