“Ekologiya və iqtisadiyyat” mövzusunda dəyirmi masa

Məktəbdə “Təhsili dəyərə çevirək” devizi altında “Ekologiya və sağlamlıq” istiqamətində “Ekoloji aylıqlar” layihəsinə əsasən 25 yanvar 2017-ci il tarixində coğrafiya fənni üzrə “Ekologiya və iqtisadiyyat” adlı dəyirmi masa keçirildi. Məktəbin coğrafiya fənni üzrə metodbirləşmə sədri Nurəliyeva Cəvahir dəyirmi masanı açıq elan etdi. Himn oxundu. Ekologiya və iqtisadiyyat mövzusunda məlumat verdi. O, Atmosferin çirklənməsini və bu çirklənmənin ətraf mühitə təsirini göstərdi. Şagirdlər isə Turşulu yağışlar, Ozon dəlikləri, İstixana effekti haqqında danışdılar. Sonra söz Qəmbərova Sədaqətə verildi. O, Respublikamızın Su hövzələri, çaylar, göllər, Xəzər dənizi və onların ekoloji problemlərini qeyd etdi. Şagirdləri isə çirklənmənin yaratdığı problemləri, Abşeron göllərinin əhəmiyyəti, onların ekoloji vəziyyəti və görülən tədbirlər haqqında məlumat verdilər. Meşələrin Ekoloji problemləri haqqında coğrafiya müəllimi İsmayılova Kəmalə məlumat verdi. Şagirdi isə meşələrin qırılması və ekoloji vəziyyəti haqqında danışdı. Coğrafiya müəllimi Məmmmədrəhimova SevincTorpaqların ekoloji problemləri haqqında, şagirdləri isə torpaq eroziyası, torpaqların şoranlaşması və torpağa qayğı haqqında məlumat verdilər. Növbəti çıxış edən məktəbimizin coğrafiya müəllimi Əlirzayev Qafar Nəqliyyatın inkişafı ilə əlaqədar yaranan ekoloji problemlər, onun şagirdi isə Smoqlar haqqında öz araşdırmalarını təqdim etdilər. Məmmədova Nazlı müəllimə isə XXI əsr proqramı olan “Davamlı inkişaf” konsepsiyası və onun müddəaları haqqında məlumat verdi. Şagirdlər isə Respublikamızda keçirilən yeni yaşıllıqların salınması və bu tədbirlərdə ölkə başçımız İlham Əliyev Cənabları və ölkənin birinci xanımı Mehriban Əliyevanın iştirak etdiyini vurğuladılar. Şagirdlər Respublikamızda fəaliyyət göstərən yeni müəssisələr haqqında və işğal altında olan qoruq və yasaqlıqlar haqqında danışdılar. Tədbirin sonunda məktəbin direktoru Məlahət xanım Əliyeva çıxış edərək öz tövsiyələrini şagirdlərə bildirdi. Dəyirmi masanın məqsədi şagirdlərdə ekoloji tərbiyəni formalaşdırmaq, onlarda təbiətə maraq, qayğı və məhəbbət oyatmaq, təbii sərvətlərdən düzgün istifadə etməyi öyrətmək, istedadlı şagirdləri üzə çıxarmaq və onlarda ekoloji mədəniyyətin tərbiyə edilməsindən ibarətdir. Ekologiyanı hədəf seçərək hər bir istiqamətdə şagirdlərdə məsuliyyət hissi aşılanacaqdır. Layihədə hər bir fəaliyyətə şagirdlərin rəhbərlik və icra etməsi onlarda dəyərlər və dəyərlərə sahib çıxmaq hissini yaradacaqdır. Ekoloji dünyagörüşə malik insanlar yetişdirmək üçün ekoloji bilik, ekoloji mədəniyyət və ekoloji etikanın formalaşdırılması mütləqdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi