Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş təntənəli tədbir

        Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ölkəmizdə elan edilmiş “Heydər Əliyev İli” çərçivəsində P.İsmayılov adına 278 saylı məktəbdə tədbir keçirilib.

    Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri, şəhid anaları müəllimlər,valideynlər,şagirdlər iştirak ediblər. Qonaqlar məktəbin həyətində şagirdlərin təntənəli hərbi paradını izlədikdən sonra tədbir akt zalında davam edib. İlk öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla anılıb, dövlət himni səsləndirilib.

    Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Məlahət Əliyeva Ulu Öndərin yaşadığı mənalı və kamil ömür yolundan, xalq və dövlətçiliyimiz uğrunda apardığı mübarizəsi haqqında məlumat verib. O bildirib ki, Ulu Öndərin gənclər qarşısında qoyduğu ən əsas tələbi məhz təhsil ilə bağlı idi. Təhsil prosesinin yüksək olması, müəllim-pedoqoji heyətin hazırlığının müasir tələblərə cavab verməsi, məktəblərin maddi-texniki təminatı Ulu Öndərin daim diqqət mərkəzində olub. Bu gün keçirilən tədbir də Ulu Öndərin xatirəsinə olan kiçik bir ehtiramın nümunəsidir.

    Daha sonra məktəblilərin təqdimatında Ulu Öndərin xatirəsinə həsr olunmuş bədii kompozisiya nümayiş olunub. Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək Ulu Öndərin ictimai-siyasi fəaliyyətindən ətraflı bəhs edib və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə dinamik şəkildə inkişaf edən dövlətimizin malik olduğu hüquqi dövlət konsepsiyasının memarının Ulu Öndər Heydər Əliyev olduğunu vurğulayıb. Həmçinin, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov da Ümummilli Lider Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışaraq bildirib ki, Heydər Əliyevin zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Tədbrin sonunda xatirə şəkli çəkilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi