“İnsan alveri və sosial problemlər”

    Məktəbdə “İnsan alveri və sosial problemlər”lə bağlı tədbir keçirildi. Məktəbin təşkilatçısı,UBTR,psixoloqlar çıxışlarında belə tədbirlərin təşkilinin əsas məqsədinin gənclərin ümumbəşəri problemə çevrilmiş insan alveri ilə bağlı maarifləndirilmələri olduğunu qeyd etdilər və bu cür halların müəyyənləşdirilməsi üçün monitorinq işlərinin aparılmasının vacibliyini vurğuladılar. Tədbirdə uşaq hüquqlarının müdafiəsi, insan alveri və onunla mübarizə sahəsində mövcud vəziyyət və mübarizə üsulları, insan alverinin qarşısının alınması sahəsində görülən tədbirlər barədə şagirdlərə ətraflı məlumatlar çatdırıldı, insan alverinə qarşı mübarizə tədbirləri, onun profilaktikası, alver qurbanlarının müdafiəsi və onlara kömək göstərilməsinin hüquqi və təşkilati əsasları ilə əlaqədar maarifləndirici məlumatlar verildi.

       Sonda mövzu ətrafında müzakirələr aparıldı və mövzu ilə bağlı videoçarxlar nümayiş etdirildi. Sonra şagirdlər bu mövzu ətrafında müzakirələr apardılar və rəylər yazdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi