VIII-IX siniflərində reproduktiv sağlamlıq mövzusunda maarifləndirici söhbət

    VIII-IX siniflər arasında məktəbin təşkilatçısı Vəfa Sarıyeva,psixoloq Omarova Ruhiyyə,məktəbin həkimi Mürsəlova Mafilə reproduktiv sağlamlıqla bağlı profilaktik maarifləndirici söhbət apardılar. Onlar bildirdilər ki,  reproduktiv sağlamlıq həyatın bütün mərhələlərində reproduktiv proseslərə, funksiyalara və sistemlərə təsir göstərir. Həmçinin, bununla əlaqədar video çarx izlənilib. Qeyd edək ki, söhbət Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin ümumi təhsil müəssisələrinin şagirdləri arasında sağlam həyat tərzi və sağlamlıq, eləcə  də erkən və qohumlararası nikahların qarşısının alınması sahəsində maarifləndirmə işinin aparılması məqsədilə aidiyyəti qrumların birgə səyləri nəticəsində hazırlanmış "Ümumi təhsil müəssisələrinin VIII-IX siniflərində reproduktiv sağlamlıq mövzusunda məşğələlər üzrə metodiki vəsait"ə əsasən məşğələlərin keçirilməsi barədə 13.02.2023-cü il , N 3-29-59/2-500/2023  məktuba əsasən  həyata keçirilib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi