Psixoloq 11-ci siniflərdə seminar keçirdi

            İmtahan qabağı stressi aradan qaldırmaq məqsədilə məktəbin psixoloqu Əliyeva Günay 11-ci sinif şagirdlərilə seminar keçirtdi. Seminarda stressin yaranma səbəbindən, imtahan nəticələrinə təsir edən amillərdən,qorxunu dəf etmək üçün psixoloji metodlardan, özünə inam hissinin formalaşdırılmasından, həyəcanı azaltmaq üçün fizioloji metodlardan və imtahan günü edəcəkləri qaydalardan danışdı,şagirdləri maraqlandıran sualları cavablandırdı. Sonda psixoloq qeyd etdi ki, bu imtahan həyatınızın bir hissəsidir və bütün həyat özü özlüyündə böyük bir imtahandır. Şagirdlərin hər birinə həyatda qarşılarına çıxan imtahandan alnı açıq çıxmağı arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi