31 Mart soyqırımına həsr olunan "Dəyirmi masa"
Məktəbin Fəaliyyət planına uyğun olaraq 31 Mart soyqırımına həsr olunan "Dəyirmi masa" təşkil edildi. Tədbirdə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin direktoru Məlahət Əliyeva Azərbaycan xalqına qarşı törədilən soyqırımın tarixi haqqında şagirdlərə geniş məlumat verdi. 31 Mart hadisələrinə ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən gerçək hüquqi-siyasi qiymət verildiyi, bu hadisənin bir soyqırımı aktı kimi sənədləşdirildiyini bildirdi. Xalqımızın üzləşdiyi soyqırımların təkrarlanmaması üçün daim yaddaşlarda yaşadılması və zəruri nəticələrin çıxarılmasının xüsusi əhəmiyyət daşıması şagirdlərin diqqətinə çatdırıldı. Tədbirdə 31 Mart Soyqırımının dövlətimizin həm daxili, həm də xarici siyasətində daim diqqət mərkəzində olduğu qeyd edildi. Şagirdlər 31 Mart hadisələrinə həsr edilmiş şeirlər, söylənildi, ədəbi-bədii kompozisiyalar nümayiş etdirildi. Eyni zamanda məktəbin Fəaliyyət planına uyğun olaraq 7 b sinif şagirdləri 1918 - ci il 31 Mart azərbaycanlıların erməni qəsbkarları tərəfindən törədilən soyqırım hadisəsinə aid yazdıqları esselərdə 31 mart soyqırımına öz münasibətlərini bildirdilər. Mənfur ermənilərin dəfələrlə azərbaycanlılara qarşı divan tutduqları onlarda nifrətlə qarşılandı.