"Tarixdə iz qoyan şəxsiyyət" adlı inşa yazı müsabiqəsi
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planına əsasən məktəbin 9-cu sinif şagirdləri arasında "Tarixdə iz qoyan şəxsiyyət" mövzusunda inşa müsabiqəsi keçirildi.