Pedaqoji Şuranın iclası keçirildi
2022-2023-cü tədris ili üzrə I yarımilin başa çatması ilə əlaqədar məktəbin Akt zalında Fəaliyyət Planına uyğun olaraq Pedaqoji Şuranın iclası keçirildi. Pedaqoji Şura iclasında I yarımilin hesabatları dinlənildi, II yarımildə qarşıda duran vəzifələr haqqında fikir mübadiləsi aparıldı. 2022-2023-cü dərs ilinin prioritet fəaliyyət istiqamətləri, I yarımil ərzində təhsilin keyfiyyətinin artırılmasına dair görülən işlər, məktəbdaxili qiymətləndirmələrin və fənn olimpiadalarının nəticələri, dərsə davamiyyət, IX və XI siniflər üzrə buraxılış imtahanlarına hazırlıq, IX siniflərdə monitorinqlərin nəticələri,müəllim-şagird-valideyn münasibətlərinin düzgün qurulması, qarşıda duran vəzifələr və digər mövzular ətrafında müzakirələr aparıldı, müvafiq qərarlar qəbul edilir. Müəllimləri maraqlandıran suallar cavablandırılır. İclasda, həmçinin fəaliyyətində fərqlənən müəllimlər Fəxri fərman ilə təltif olundu.