“Parlaq Zəka” intellektual oyununda qalibiyyət

“Parlaq Zəka” intellektual oyunda məktəbimizi layiqincə təmsil edən şagirdlərimiz Əhmədova Pərvin, Namazov Nihad, Məmmədova Zümrüd, Rüstəmov Nurlan və Xanalıyev Emil öz bilik və bacarıqlarını yüksək səviyyədə nümayiş etdirmişlər. Onlar Bakı şəhəri üzrə keçirilən final mərhələsində qalib çıxaraq I yerə layiq görülüblər. Məktəbimizin şərəfini həmişə uca tutan qaliblərimiz DİPLOM, MEDAL və KUBOKla mükafatlandırılıblar. Məktəbimizin direktoru Məlahət xanım Əliyeva bu münasibətlə müəllim heyətinin qarşısında qalibləri təbrik etdi. Onların bilik və bacarıqlarında fəallıq göstərən, əziyyəti olan müəllimlərə minnətdarlığını bildirdi.“Parlaq Zəka” intellektual oyununun qalibləri hədiyyə ilə, müəllimlər isə Fəxri Fərmanla mükafatlandırıldılar. Uğurlarımız məktəb müəllimlərinin və şagirdlərin böyük sevincinə səbəb oldu.Dövrü mətbuat da bu “Parlaq Zəka” intellektual oyuna böyük diqqət yetirmişdir. Məktəbimizin şagirdlərinin qələbəsi "Azərbaycan müəllimi" qəzetində də geniş şəkildə işıqlandırılmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi