"1 Dekabr - QİÇS-ə qarşı mübarizə günüdür" - dəyirmi masa
1 dekabr 2016-cı il tarixində məktəbdə "1 Dekabr - QİÇS-ə qarşı mübarizə günüdür" mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə yuxarı sinif şagirdləri, məktəbin psixoloqu, həkim, kitabxana müdiri çıxışlar etdilər. Onlar narkomaniyanın bəlaları haqqında danışdılar. Şagirdlərin iştirakı ilə səhnəcik göstərildi və videoçarxlar nümayiş olundu.