26 Iyun-Silahlı Qüvvələr Günü

    26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günüdür. Bu münasibətlə P.İsmayılov adına 278 nömrəli tam orta məktəbdə təntənəli parad təşkil edildi. Parad məktəbin fiziki tərbiyə müəllimi Səfərov Muradın məktəbin direktoru Məlahət Əliyevaya raport verməsilə başladı. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Şagirdlərin ifasında şeirlər, rəqslər tədbiri daha da maraqlı etdi. 9 "A" sinif şagirdi Ələkbərov Yusifin səsləndirdiyi "Xudayar təsnifi" tədbir iştirakçılarını duyğulandırdı. Daha sonra şagirdlər təntənəli paradla keçid etdilər. Tədbirin sonunda iştirakçılar və tədbirdə əməyi olanlar Fəxri fərmanlarla təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi