“Azərbaycan beynəlxalq tolerantlıq və multikulturalizm nümunəsi” mövzusunda dəyirmi masa

15 noyabr 2016-cı il tarixində məktəbdə Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş “Azərbaycan beynəlxalq tolerantlıq və multikulturalizm nümunəsi” mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə şagirdlər əvvəlcə tolerantlıq və multikulturalizm sözlərinin geniş izahını verdilər. Sonra ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, ölkə Prezidentinin Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından sitatlar gətirildi. Şagirdlər bu ilin əvvəlində ABŞ-da nəşr olunmuş “The - Hil” qəzetində ekspert Arye Qutun “Azərbaycan tolerantlıq və multikulturalizm ölkəsidir” məqaləsindəki fikirləri açıqladılar. Eyni zamanda şagirdlər Azərbaycanın digər mədəniyyət mənsublarının da rahatlıqla yaşayıb fəaliyyət göstərdiyi ümumi bir vətən olduğunu, və vətənimizdə məscidlə bərabər katolik kilsələri, sinaqoqlar, atəşpərəstlər məbədlərinin olduğunu vurğuladı. Tədbir S.Rüstəmin “Azərbaycana gəlsin” şeri ilə yekunlaşdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi