"Son zəng" tədbiri keçirildI

    P.İsmayılov adına 278 nömrəli tam orta məktəbdə "Son zəng" tədbiri keçirildi. Məktəbin həyətyanı sahəsində təşkil edilən tədbir Azərbaycan Respublikasıının Dövlət himninin səsləndirilməsi ilə başladı. Daha sonra giriş nitqi ilə çıxış edən məktəbin direktoru Məlahət xanım Əliyeva 2021-2022-ci tədris ilində məzun olan bütün şagirdləri, qonaqları təbrik etdi. Tədbirdə Suraxanı RİH-nin nümayəndəsi Nazim müəllim də iştirak edirdi. O,da öz növbəsində məzunları təbrik etdi və Suraxanı RİH-nin başçısı Əziz Əzizovun təbrik məktubunu məzunların diqqətinə çatdırdı. Valideynlər adından çıxış edən Şirinova Məhəbbət məktəbin direktoru Məlahət Əliyevaya şagirdlərə göstərdiyi diqqət və qayğıya görə təşəkkür etdi. Birincilərin çıxışları tədbiri daha da şənləndirdi. Məktəbin "Bilik açarı" 10 "B" sinif şagirdi Qasımova Gülnara təqdim edildi. Sonda bütün məzunların həsrətlə gözlədiyi "Son zəng" çalındı. Bütün məktəb kollektivi adından məzunlarıımızı ürəkdən təbrik edirik, onlara uğurlu həyat yolları arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi