18 İyun-İnsan Hüquqları Günü ilə bağlı maarifləndirici söhbət

        Dövlət başçısı cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə ümummilli liderimiz  Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də Azərbaycan Respublikasında ilk "İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyi nəzərə alınaraq iyunun 18-i Azərbaycan Respublikasında İnsan hüquqları günü kimi təsis edilib.

      Məktəbin fəaliyyət planına uyğun olaraq 7 “A” sinif şagirdləri ilə 18 İyun-Ümumdünya İnsan Hüquqları günü ilə bağlı məktəbin təşkilatçısı, psixoloqunun təşkilatçılığı ilə maarifləndirici söhbət aparıldı. Məqsəd şagirdlərdə insan hüquqları ilə bağlı bilgilərini artırmaq, maarifləndirməkdir. Tədbirdə şagirdlərə insan hüquqları eyni zamanda uşaq hüquqları haqqında geniş məlumat verildi. İnsan haqları bütün insanların eyni haqqa malik olması fikrinə uyğun olaraq belə ifadə olunur: “Hər bir insan onun malik olduğu irqdən, cinsiyyətdən, dindən, dildən, siyasi və digər baxışlardan, milli  və sosial mənşədən, mülkiyyətdən, doğum və başqa hallardan asılı olmayaraq təmin olunmuş, insan haqlarına və azad olmaq hüququna malikdir. Şagirdlər slaydlarla insan hüquqlarına aid fikirlərini bildirdilər, fikir mübadiləsi etdilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi