“Parlaq Zəka” intellektual oyun
Məktəbimizdə Suraxanı rayonu üzrə məktəblilərarası “Parlaq Zəka” intellektual oyunu keçirildi. İntellektual oyunda iştirakçılar arasında şagirdlərimiz Əhmədova Pərvin, Namazov Nihad, Məmmədova Zümrüd, Rüstəmov Nurlan, Xanalıyev Emil məktəbimizi layiqincə təmsil etdilər. Yüksək səviyyədə keçirilən “Parlaq Zəka” oyununda şagirdlərimiz həqiqətən də öz zəka və bacarıqlarını nümayiş etdirdilər. Oyun beş məktəb arasında keçirildi və məktəbimizin komandası I yerə layiq görüldü. Qalib gələnlər növbəti mərhələyə keçid aldılar.