"Bahar nəfəsi" adlı rəsm və əl işi müsabiqəsinin qalibləri

  Suraxanı Gənclər Evi və Suraxanı Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Suraxanı rayon tam orta məktəb şagirdlərinin iştirakı ilə "Novruz bayramı"na həsr olunmuş "Bahar nəfəsi" adlı rəsm, ən gözəl əl işi müsabiqə qaliblərinin mükafatlandırılma mərasimi keçirilmişdir. Mükafatlanndırma mərasimində məktəbimizdən 18 nəfər şagirdimizin bir qrupu 1, 2-ci yer tutduğuna görə Diplomla, digərləri isə fərqləndiyinə görə isə Fəxri Fərmanla təltif olunmuşlar. Həmin istedadlı şagirdlərimiz-rəsm üzrə Nəbiyeva Aytac I yer, Əkbərli Alidə II yer, Yaqubova Aminə,Məmmədova Aydan,Duraxanova Cəmilə,Bayramova Fidan,Əhmədova Zəhra, Nəbizadə Tərifə, Abbasova Fatimə fərqlənmə ilə, əl işləri üzrə Məmmədov Cavanşir I yer,Rəhimova Zəhra II yer, Abdullayeva Mənsurə, Atamaliyeva Mələk, Hüseynova Arzubəyim, Məmmədli Aydan, Məhərrəmli Emil, Məhərrəmli Ramilə, Nəbiyeva Aytac fərqlənməyə layiq görülərək Diplom və Fəxri Fərmanlarla təltif olunmuşdurlar. Onların hər birini ayrı-ayrılıqda məktəb rəhbərliyi və pedaqoji kollektivi adından ürəkdən təbrik edirik. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi