“Tariximizi sevək ki, unutmuyaq” adlı Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant layihəsində şagirdlərimizin uğurlu iştirakı
Məktəbimizin 8 "C" sinif şagirdləri Əliyev İlham, Kosayev Nihad və Əliyev Nihad “Tariximizi sevək ki, unutmuyaq” adlı Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant layihəsində yüksək səviyyədə iştirak etmişdirlər. Layihə rəhbəri Aməna Kərbalayeva şagirdlərimizin layihədə iştirakını qiymətləndirərək onların Şəhidlər haqqında-Mixail Həmidov,Dövlət Cəbrayılzadə, Xudayar Yusifzadəyə həsr olunan broşürlərini azərbaycan və ingilis dillərində çap etdirmişdir. O, həmçinin 201 nömrəli məktəbdə təşkil olunan vətən uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsinə aid gecədə şagirdlərə müəllifi olduğu kitabını da təqdim etmişdir.Şagirdlərimizi layihədə yüksək səviyyəli iştiraklarına görə ürəkdən təbrik edirik.