Şəhidin adı sinif otağına verildi

Təhsil Nazirliyinin F-512 nömrəli əmrinin 8-ci bəndinə əsasən Vətən torpağının ərazi bütövlüyü uğrunda canından keçmiş Azərbaycan igidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlər daim rəhbərlik tərəfindən nəzarətdə saxlanılır. Bu məqsədlə daha bir sinif otağına Şəhid-Leytenant Şahmar Səfərovun adı verildi. Həmin sinifdə təhsil alan şagirdlər hər zaman şəhidlərimizi qürurla, hörmətlə xatırlayacaqlarını bildirdilər.