31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirildi

          31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə məktəbin akt zalında ədəbi-bədii kompozisiya təşkil olundu. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə şagirdlər 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü haqqında məlumat verdilər, şeirlər səsləndirdilər. Məktəbin 5-ci sinif şagirdi Həsənova Aysunun ifasında "El bilir ki, sən mənimsən" və "Yaşa Azərbaycan" mahnıları hamının marağına səbəb oldu. Tədbirin sonunda çıxış edən məktəbin direktoru Məlahət Əliyeva Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsasının dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyinin yaradılması məqsədilə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulduğunu və 31 dekabrın "Azərbaycan xalqının ümumdünya birlik günü olduğunu" vurğuladı. 

         Şagirdlərin bir qismi Fəxri Fərmanla təltif edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi