Laçın şəhərinin azadlığına qovuşmasından 1 il ötür
Bu gün Laçın rayonunun Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən 1 il ötür. Azərbaycan ,Rusiya Prezidentlərinin və Ermənistanın Baş nazirinin 2020-ci il noyabrın 10-da imzaladıqları bəyanata əsasən Laçın dekabrın 1-də Azərbaycana qaytarıldı.
Bu tarixi gün münasibətilə məktəbimizin 1 "C" sinif şagirdləri ibtidai sinif müəllimi Əmirzadə Laminənin rəhbərliyi ilə tədbir təşkil etdilər. Onlar qruplar şəklində bölünərək azadlığa qovuşan tarixi ərazilərimiz haqqında məlumatlar verdilər.