Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş ədəbi-bədii kompozisiya

                Bildiyimiz kimi 2021-ci ildə Aşıq Ələsgərin 200 illik yubileyi keçirilir. Məktəbimizdə də Tədbirlər planına uyğun olaraq bir sıra tədbirlər keçirilmişdir. Bu gün məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimləri Məmmədova Şahpəri,Əhmədova Cəvahirin rəhbərliyi ilə ədəbi-bədii gecə keçirilmişdir. Bədii gecədə Aşıq Ələsgərin həyat və yaradıcılığını əks etdirən videoçarx təqdim edilmişdir, bundan əlavə şagirdlər tərəfindən Aşığın yaradıcılığından qoşmalar, gəraylar söylənildi.  Azərbaycan dili və Ədəbiyyat müəllimləri Aşıq Ələsgər haqqında maraqlı rəvayətlər danışdılar. Onlar Aşıq yaradıcılığının inkişafında Aşıq Ələsgərin çox böyük rolu olduğunu vurğuladılar. Sonda məktəbin direktoru Məlahət Əliyeva çıxış edərək Aşıq Ələsgərin zəngin poetik irsi haqqında geniş məlumat verdi və tədbirdə əməyi olan hər kəsə öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi