Müsabiqənin məktəb mərhələsi keçirildi

Aşıq Ələsgərin 200 illik yubileyi ərəfəsində təşkil olunan “Aşıq Ələsgər və Azərbaycan folkloru” mövzusunda yaradıcılıq müsabiqəsinin məktəb mərhələsi keçirildi. Müsabiqədə şagirdlərimiz şeirlər səsləndirdilər, rəsmlər çəkdilər. VII-X sinif şagirdləri arasında təşkil olunan müsabiqənin seçim mərhələsində Azərbaycan dili və ədəbiyyat müəllimləri Şahpəri Məmmədova, Cəvahir Əhmədova, Təsviri incəsənət müəllimi Sara Nağıyeva iştirak edirdi. Müsabiqənin keçirilməsində məqsəd şagirdləri aşıq sənəti ilə tanış etmək, istedadlı şagirdləri üzə çıxarmaq, onların bədii-estetik səviyyəsini yüksəltmək və yaradıcılıq potensialını inkişaf etdirmək, yaradıcı məktəblilərə dəstək olmaqdan ibarətdir.