Birincilər Şəhidin məzarını ziyarət etdilər
2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun ehtiyatda olan baş leytenantı Mixail Həmidov öz istəyi ilə Vətən müharibəsinə yollanıb. O, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Füzuli rayonu istiqamətində Ermənistan tərəfində olan bir neçə postun qısa müddət ərzində Azərbaycan tərəfinin nəzarəti altına alınmasında xüsusi rol oynayıb. Vətən müharibəsində silah yoldaşları tərəfindən "Mixaylo" ləqəbini qazanan Mixail Həmidov oktyabrın 23-də Füzuli döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Məktəbin 1 "C" sinif şagirdləri sinif rəhbəri Laminə Əmirzadənin rəhbərliyi ilə Mixail Həmidovun şəhidlik zirvəsinə yüksəlməsinin birinci ildönümü ilə əlaqədar məzarını ziyarət ediblər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidin əziz xatirəsi ehtiramla yad edilib və ruhuna dualar oxunub.