Məktəb kollektivi "5 Oktyabr Beynəlxalq Müəllimlər Günü" münasibəti ilə təltif olundu

Məktəbimizin kollektivi "5 Oktyabr Beynəlxalq Müəllimlər Günü" münasibəti ilə rayonun ictimai həyatında fəal iştirakına görə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Ə.Əzizov tərəfindən "Fəxri Fərman"la təltif olundu. Məktəb rəhbərliyi kollektivə göstərilən diqqətə görə Suraxanı Rayon İcra Hakimiyyətinin rəhbərliyinə dərin təşəkkürünü bildirdi.