Məktəbdə qiymətləndirmə aparılır

     Ümumi təhsil məktəbləri tərəfindən 2020-2021-ci tədris ilinin I yarımili üzrə summativ qiymətləndirmə keçirilir.

     “Xüsusi karantin rejimi dövründə ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası”na əsasən, II - XI siniflərdə bütün fənlər üzrə summativ qiymətləndirmə fənni tədris edən müəllim tərəfindən distant formada aparılır.

     Məktəbdə keçirilən summativ qiymətləndirmənin nəticələri 100 ballıq şkala ilə ölçülür. 45-60 dəqiqə ərzində təşkil olunan summativ qiymətləndirmə nəticəsində müəyyən edilmiş ballar şagirdlərin yarımillik qiymətləri hesab olunacaq.

     Qiymətləndirmədə test, inşa, çalışma, şifahi sorğu, yaradıcılıq və əl işləri, layihə kimi vasitələrdən istifadə oluna bilər.

     Məktəb rəhbərliyi tərəfindən qiymətləndirmənin keçirilməsinə nəzarət edilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi