Onlayn dərslər 20 Yanvar faciəsinə həsr olundu

      Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “20 Yanvar faciəsinin otuz birinci ildönümünün keçirilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi barədə əmrinə əsasən keçirilən onlayn dərslərdə ilk olaraq xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

      Bu dərslərin keçirilməsində məqsəd " 20 Yanvar " şəhidlərinin xatirəsini yad etmək, qanlı tarixi bir daha şagirdlərə xatırlatmaq oldu. İlk öncə fənn müəllimləri şagirdlərə faciənin tarixi, xalqımızın azadlığa qovuşmasında mühüm rolu barədə məlumat verdilər. Bildirildi ki, 20 Yanvar qan yaddaşımız olmaqla yanaşı, həm də bir qəhrəmanlıq nümunəsidir. Həmin gün xalqımızın milli azadlıq və müstəqillik uğrunda mübarizəsinin kuliminasiya nöqtəsi olmaqla, müasir tariximizə qürur və şərəf mübarizəsi kimi daxil olub.

      Daha sonra şagirdlər şeirlər söylədilər, faciə ilə bağlı hazırladıqları rəsmləri təqdim etdilər. Tədbirin sonunda 20 Yanvar gecəsində baş verən hadisələri özündə əks etdirən videoçarx nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi