Onlayn fiziki tərbiyə dərsində

    Fiziki tərbiyə fənninin tədrisində şagirdlərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi mövzusunda onlayn tədbir keçirildi.

    Onlayn tədbir "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Faəliyyət Planına uyğun olaraq təşkil edildi.

    Tədbirin əsas məqsədi yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi işinin keyfiyyətini artırmaq, şagirdlərin fiziki fəallığını yüksəltməkdən ibarətdir.

     Tədbiri təşkil edən məktəbimizin fiziki tərbiyə fənn müəllimi Kazakova Fidan şagirdlərə əsl vətəndaş necə olmalıdır, fiziki tərbiyə insanların həyatında hansı rola malikdir kimi suallarla müraciət etdi. Çıxış edən məktəblilər layiqli vətəndaş və yüksək hazırlıqlı əsgər olacaqlarına əminliklərini ifadə etdilər.

    Tədbirdə Vətən Müharibəsində parlaq qələbədən və bəzi fiziki hərəkətlərdən bəhs edən videoçarx da nümayiş olundu.

https://m.facebook.com/story.php?story_fbid=1409644872700927&id=100009662826315&sfnsn=mo

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi