Ümummilli lider Heydər Əliyevin 93-cü ildönümünə həsr olunmuş tədbir

Məktəbimizdə 4 may 2016-cı il tarixində Azərbaycan dili və ədəbiyyat müəllimləri Əhmədova Cavahir və Rüstəmova Cəmilə tərəfindən hazırlanmış Ümummilli lider Heydər Əliyevin 93-cü ildönümünə həsr olunmuş ədəbi-bədii gecə keçirilmişdir. Tədbirdə ulu öndərimizin həyat və fəaliyyəti haqqında şagirdlərə maraqlı məlumatlar verilmişdir. Məktəbin şagirdləri hazırladıqları şeir parçaları və musiqi nömrələri tədbirdə çıxış etdilər. Sonda söz məktəbin direktoru Məlahət xanım Əliyevaya verilmişdir. Ümummilli liderimiz haqqında ətraflı məlumatlar verən direktor eyni zamanda uşaqları sərhədlərimizin hal-hazırdakı vəziyyətindən, riyakar düşmənlərimizin törətdikləri növbəti təxribatlardan da söhbət açdı. Tədbir direktorumuz M.Əliyevanın şagirdlərə verdiyi qiymətli tövsiyələrlə başa çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi