“Robotex Azərbaycan Avrasiya Çempionatı" Festivalı

“Robotex Azərbaycan Avrasiya Çempionatı" Festivalının açılış mərasimi

Martın 2-də “Robotex Azərbaycan Avrasiya Çempionatı" Festivalının açılış mərasimi keçirilib. Mərasimdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) direktoru Ülkər Səttarova, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Cahit Bağcı, ali təhsil müəssisələrinin rektorları və digər qonaqlar iştirak ediblər.

Açılış mərasimində çıxış edən EATDA-nın direktoru Ülkər Səttarova yarışın robotexnika sahəsinə diqqəti cəlb etmə, yeni ideyaların ortaya çıxarılması, gənclərin problem həlletmə və innovativ bacarıqlarını beynəlxalq səviyyədə sınamaq və nümayiş etdirmək imkanı yaratdığını qeyd edib.

İlk dəfə Azərbaycanda baş tutan və 2 gün davam edəcək festivalda 6 universitet, 41 məktəb, 10 özəl müəssisədən 250-dən çox komanda, 1500-dən çox iştirakçı, 5000-dən çox qonaq iştirak edir. Komandalar 18 kateqoriyada və 4 yaş qrupunda (ibtidai, orta, yuxarı siniflər və tələbələr) yarışaraq qaliblərin adını müəyyən edəcəklər. Hər kateqoriyada ilk 3 yeri qazanan komandalar ölkəmizi Antalyada təşkil olunacaq yarımfinal mərhələsində təmsil edəcəklər. 18 ölkənin iştirakı ilə keçiriləcək yarımfinal mərhələsində dərəcə göstərən komandalar noyabr ayında Estoniyada təşkil ediləcək dünya çempionatında iştirak hüququ qazanacaqlar.Qalib məktəblər arasında bizim məktəbin 8"Ç" sinif şagirdi Abdullazadə Natiq də Antalyada təşkil olunacaq yarımfinal mərhələsində məktəbmizi təmsil edəcəkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi