1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü

1iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu tarix bütün dünyada uşaqların müdafiəsi günü kimi qeyd edilir. Əsas məqsəd dünya ictimaiyyətinin diqqətini uşaqların müharibə təhlükəsindən qorunmasına, saglamlıqlarının mühafizəsinə, onların təhsil və tərbiyyəsinin demokratik ənənələr əsasında qurulmasına yönəltməkdir.

Umummilli liderimiz Heydər Əliyev “ Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır ” demişdir.

Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.

1iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü iə əlaqədar məktəbimizdə tədbir təşkil edilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagirdlər iştirak edib.

Şagirdlər gözəl rəqsləri , çıxışları və ifaları ilə öz sevinclərini tədbir iştirakçıları ilə bölüşüblər.

Bayramınız mübarək ,əziz uşaqlar ! Qoy səhərlərimiz atəş səsləriylə deyil, körpə gülüşləriylə açılsın. Körpə gülüşü dünyanın sevinc himninə çevrilsin!

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi