Şəhidlər unudulmur!

Biz bu dərdi, bu qəmi daim qəlbimizdə saxlayacağıq. Ancaq eyni zamanda bu şəhidlərin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnək olub. Bundan sonra da örnək olacaqdır. Mən tam əminəm ki, Azərbaycanın bu günkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqının milli azadlığını qorumaq üçün, respublikamızın müstəqilliyini qorumaq üçün daim mübarizədə olacaqlar. Daim qəhrəmanlıq nümunələri, vətənpərvərlik nümunələri göstərəcəklər. 

 Heydər Əlıyev.

Vətənin azadlığı uğrunda şəhid olmuş qəhrəman oğulların əziz xatirəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək, hər zaman xatırlanaraq qəlblərdə yaşayacaqdır.

Bu məqsədlə məktəbimizin rus dili müəllimi İlahə İsmayılova rəhbərlik etdiyi 7a sinif şagirdləri ilə birgə Qobusran rayonu Sədəfli kəndində dəfn olunmuş Vətən müharibəsi qəhrəmanı XTQ gizir şəhid Vəliyev Elyar Arif oğlunun ailəsində qonaq olmuş və şəhidin məzarını ziyarət etmişlər.

Allah şəhidlərimizə rəhmət etsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi