Imtahan öncəsi stresin aradan qaldırılması

Mayın 17-də məktəbimizin psixoloqu Zümrüd Hacıyeva "Imtahan öncəsi stresin aradan qaldırılması" mövzusunda 4- cü sinif şagirdləri ilə maarifləndirici söhbət aparıb.

Söhbət zamanı psixoloq şagirdləri monitorinq öncəsi yarana biləcək psixoloji və fizioloji dəyişikliklərlə bağlı məlumatlandırdı, monitorinq zamanı həyəcan yaranarsa nəfəs gimnastikaları etməyi , yuxu və qida rejimini tənzimləməyi və monitorinq zamanı diqqətli olmağı tövsiyə edib.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında geniş müzakirə aparılıb.

Şagirdlərimizə monitorinqlərdə uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi